İDMAN


“Sumqayıt” “Zirə”yə qalib gəlib

Sumqayıt, 18 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib. "Kapital Bank Arena"da "Sumqayıt" "Zirə"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

AZƏRTAC xəbər verir ki, komandalar Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktının qurbanlarına mənəvi dəstək olaraq meydana həmin şəhərin təmsilçisi "Kəpəz"in formaları ilə çıxıblar. Tribunalarda Azərbaycan bayraqları dalğalanıb. Oyun isə dövlət himninin səsləndirilməsi ilə başlayıb.

"Sumqayıt" hesabı 30-cu dəqiqədə açıb. Rəhim Sadıxov penaltini dəqiq yerinə yetirib. Bundan 2 dəqiqə əvvəl isə onun komanda yoldaşı Əli Qurbani analoji imkandan yararlana bilməyib. "Zirə" 35-ci dəqiqədə bərabərlik qolunu vurub. Ötən tur "Neftçi" ilə matçda olduğu kimi yenə Davit Volkov fərqlənib. 59-cu dəqiqədə isə "Sumqayıt"ın futbolçusu Tellur Mütəllimov uzaq məsafədən baxımlı qolla yekun nəticəni müəyyənləşdirib. Oyuna artırılmş 4-cü dəqiqədə Kərim Diniyev sonuncu qırmızı vərəqə alaraq "Zirə"ni azlıqda qoyub.

Bu qələbədən sonra xalını 11-ə çatdıran "Sumqayıt" vahid liderə çevrilib. 10 xala malik "Zirə" isə 2-ci pilləyə enib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Qəbələ"yə 3:0, "Neftçi" "Sabah"a 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Keşlə" matçında isə qalib müəyyənləşməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.