İDMAN


“Sumqayıt” – “Çukariçki” oyununun biletləri bir günə satılıb

Sumqayıt, 28 iyul, AZƏRTAC

Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçı olan “Sumqayıt” – "Çukariçki” (Serbiya) oyunu üçün satışa çıxarılan bütün biletlər alınıb.

“Sumqayıt” klubundan AZƏRTAC-a bildirilib ki, iyulun 26-dan qiyməti 2 manat olan 550 bilet satışa çıxarılıb. Artıq həmin biletlər bir günə sumqayıtlı azarkeşlər tərəfindən alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, stadionun tamaşaçı tutumunun 50 faizinə azarkeş buraxıla bilər.

Qeyd edək ki, bu matç Sumqayıtın 1300 tamaşaçı tutumuna malik olan “Kapital Bank Arena”sında keçiriləcək. İyulun 29-u saat 20:00-da başlayacaq matç İTV vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, bir həftə əvvəl Belqradda keçirilmiş ilk matç qolsuz heç-heçə ilə başa çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.