REGİONLAR


Sumqayıt avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Sumqayıt, 29 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər avtovağzalı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu sözləri AZƏRTAC–ın müxbirinə şəhər avtovağzalının müdiri Şamil Abbasov deyib. Onun sözlərinə görə, sərnişinlər bayram günləri üçün səfər biletlərini bir neçə gün öncədən avtovağzalın bilet köşklərindən əldə edə bilərlər.

Hazırda avtovağzalda sərnişin sıxlığının müşahidə edilmədiyini söyləyən Şamil Abbasov ehtiyac yaranacağı təqdirdə xəttə əlavə avtobusların buraxılacağını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.