REGİONLAR
Sumqayıt bələdiyyəsi Qurban bayramı münasibətilə 750-dən artıq ailəni sevindirib
Sumqayıt, 5 oktyabr (AZƏRTAC). Sumqayıt bələdiyyəsi şəhərdə müsəlman dünyasının müqəddəs bayramını olan Qurban bayramını geniş qeyd edib.
Bələdiyyənin təşəbbüsü ilə “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai birliklərinin, “Azərbaycan ƏIil Qadınlar”, “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda”, Azərbaycan Gözdən Əlillər cəmiyyətlərinin, İkinci Dünya Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər şöbələrinin daha çox ehtiyacı olan üzvlərinə, aztəminatlı ailələrə, kimsəsiz, tənha insanlara Qurban payları çatdırılıb.
Sumqayıt bələdiyyəsindən AZƏRTAC –a bildirilib ki, ümumilikdə bu qurumun əməkdaşları və fəalları şəhərin müxtəlif mikrorayon və məhəllələrində yaşayan 750-dən artıq ailəni Qurban payı ilə sevindiriblər.