“Sumqayıt” daha bir oyunçunu transfer edib
AzerTAg.az
28.07.2022 [17:44]

Sumqayıt, 28 iyul, AZƏRTAC
2022/23-cü mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" futbol klubu daha bir futbolçunu heyətinə qatıb. Komanda Türkiyə Super Liqası təmsilçisi "İstanbul Başakşehir" klubunun qvineyalı futbolçusu Alya Tureni 1 illik icarəyə götürüb.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 20 yaşlı cinah yarımmüdafiəçisi "Sumqayıt" FK-nın heyətində "37" nömrəli formada çıxış edəcək.
Alya Ture karyerası boyunca Qvineyanın "Sekvens", Türkiyənin "İstanbul Başakşehir", "Akhisarspor" və Danimarkanın "Yammerbuxt" klublarında çıxış edib. Ture, həmçinin Qvineyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına da dəvət alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
30.03.2023 [05:45]
30.03.2023 [03:26]
30.03.2023 [02:38]
29.03.2023 [19:10]
MULTİMEDİA
29.03.2023 [21:41]
29.03.2023 [18:38]
29.03.2023 [18:19]
29.03.2023 [17:30]
30.03.2023 [08:00]
30.03.2023 [01:50]
30.03.2023 [00:42]
30.03.2023 [00:06]
29.03.2023 [20:53]
29.03.2023 [18:33]
29.03.2023 [18:32]
30.03.2023 [02:10]
29.03.2023 [20:25]
29.03.2023 [18:53]
29.03.2023 [18:47]
29.03.2023 [18:58]
29.03.2023 [18:57]
29.03.2023 [18:50]
29.03.2023 [17:44]
28.03.2023 [17:06]
18.03.2023 [16:37]
29.03.2023 [16:45]
29.03.2023 [16:24]
29.03.2023 [23:32]
29.03.2023 [20:56]
29.03.2023 [19:01]
29.03.2023 [20:29]
29.03.2023 [18:40]
29.03.2023 [18:39]
Xəbərin mətnində orfoqrafik səhv var