İQTİSADİYYAT
Sumqayıt elektrik şəbəkəsi üzrə texniki-iqtisadi göstəricilər yüksəkdir
Bakı, 25 noyabr, AZƏRTAC
“Sumqayıt” elektrik stansiyasında bu ilin oktyabr ayında 243,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Sentyabrda isə bu rəqəm 2 milyard 27,8 milyon kilovat-saatdan artıq olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, elektrik stansiyası Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edir. Bundan əlavə, onun enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsində böyük rolu var.
Qeyd edək ki, ümumi gücü 525 meqavat olan bu stansiyada iki qaz, bir buxar turbini quraşdırılıb. Elektrik stansiyası “Təmiz inkişaf mexanizmi” prinsipi ilə istismar olunur və 2010-cu il də BMT tərəfindən respublika üzrə ilk dəfə olaraq qeydiyyata alınıb.
Beynəlxalq ekspertlərin rəyinə görə, bu layihənin icrası nəticəsində karbon qazının atmosferə tullantısı ildə 1,5 milyon ton azalıb.