İQTİSADİYYAT


“Sumqayıt” elektrik stansiyasında 1 milyard 342,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib

Bakı, 10 sentyabr (AZƏRTAC). “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin 7 ayında “Sumqayıt” elektrik stansiyasında 1 milyard 342,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu dövrdə elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə də yüksək nəticələr əldə olunub. İyul ayında isə müəssisə üzrə elektrik enerjisinin istehsalı, təxminən 250,6 milyon kilovat-saat təşkil edib.

Qeyd edək ki, hər birinin gücü 164 meqavat olan iki qaz turbinləri və gücü 189 meqavat olan bir buxar turbini quraşdırılmış bu stansiyada avadanlıq dünya standartlarına cavab verir. Bu elektrik stansiyası “Təmiz inkişaf mexanizmi” prinsipi ilə istismar olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.