İDMAN


“Sumqayıt” əsas qolkiperini paytaxta yollayacaq

Sumqayıt, 11 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

“Sumqayıt” futbol klubunun qolkiperinin “Neftçi” klubunun heyətinə qatılması üçün danışıqlar aparılır. Aqil Məmmədovun əməliyyat olunmasından sonra Kamran İbrahimovun ümidinə qalan Bakı təmsilçisi qapıçı axtarışındadır.

AZƏRTAC xəbər verir ki, hazırda “Sumqayıt”ın qapıçısı Aydın Bayramovu heyətə qatmaq istəyən “Neftçi” qarşı tərəfdən razılıq gözləyir. Tərəflər hazırda maliyyə şərtlərini müzakirə edirlər. “Neftçi” sərfəli təklif göndərsə, “Sumqayıt” əsas qapıçısını paytaxta yollayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.