İDMAN
“Sumqayıt” futbol klubu Kapital Bankla tərəfdaşlıq müqaviləsi imzalayıb
Sumqayıt, 27 avqust (AZƏRTAC). Avqustun 27-də “Sumqayıt” futbol klubu ilə “Kapital Bank” ASC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, müqaviləyə əsasən, “Sumqayıt” futbol klubunun stadionu bundan sonra 1 il müddətinə “Kapital Bank Arena” adlanacaq. Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqa malik olacaq.
“Kapital Bank Arena”nın konfrans zalında bununla bağlı mətbuat konfransı keçirilib.
“Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev imzalanmış müqavilə ilə bağlı məlumat verib.
“Kapital Bank” ASC-nin idarə heyəti sədrinin birinci müavini Fərid Məmmədov deyib ki, bu, təmsil etdiyi qurumun “Sumqayıt” ilə sonuncu işbirliyi deyil. Klubun Sumqayıt şəhər məktəblərində sağlam həyatın təbliği məqsədi ilə həyata keçirilməsini nəzərdə tutduğu layihələrdə də “Kapital Bank” ASC yaxından iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]