İDMAN
“Sumqayıt” futbol klubu Premyer Liqada 60-cı qələbəsini qazanıb
Sumqayıt, 4 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
“Sumqayıt” futbol komandasının Topaz Premyer Liqasının 13-cü turunda “Səbail” üzərində qazandığı qələbə klub üçün əlamətdar olub.
Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, bu, “Sumqayıt”ın Premyer Liqada 60-cı qələbəsi kimi komandanın tarixinə düşüb. Kollektiv 60 qələbəni 237 oyunda əldə edib. Qələbələrin 41-i ev, 19-u isə səfər qarşılaşmalarında qazanılıb.
Eyni zamanda, bu, Sumqayıt təmsilçisinin baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə ilk qələbəsi kimi də yadda qalıb.
“Sumqayıt” klubu XIII turdan sonra 14 xalla turnir cədvəlində altıncı sırada qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]