İDMAN
“Sumqayıt” futbol klubu “Simurq”u 3:1 hesabı ilə məğlub edib
Sumqayıt, 4 mart, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA)
təşkil etdiyi U-15 liqasında növbəti turun oyunları keçirilib. “Sumqayıt” futbol klubunun 15 yaşadək futbolçulardan ibarət komandası “Kapital Bank Arena”da “Simurq”u 3:1 hesabı ilə məğlub edib.
“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komanda da qolları Cavanşir Qaçayzadə və Cavid Quliyev (2 qol) vurub.
“Bakcell U-17 Liqası”nda mübarizə aparan “Sumqayıt” FK U-17 komandası isə “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub.
Bundan başqa, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi 5 mart – Beynəlxalq bədən tərbiyəsi və idman günü ilə əlaqədar şəhərdə 11 yaşadək futbolçular arasında futbol turniri təşkil edib. “Sumqayıt” turnirin həlledici görüşündə “Təhsil”i penaltilərlə məğlub edərək qalib adını qazanıb.