REGİONLAR


“Sumqayıt” futbol klubu Todor Todoroski ilə müqavilə imzalayıb

Sumqayıt, 10 avqust, AZƏRTAC

2022/2023-cü il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu daha bir futbolçunu heyətinə cəlb edib. Klub ötən mövsümü Slovakiyanın yüksək liqa təmsilçisi “Sered”də keçirmiş Şimali Makedoniya millisinin üzvü Todor Todoroski ilə 2 illik müqavilə imzalayıb.

Klubdan AZƏRTAC-a bildirilib ki, 23 yaşlı cinah müdafiəçisi komandada “12” nömrəli formada çıxış edəcək. Todor Todoroski karyerası ərzində Şimali Makedoniyanın “Vardar”, Xorvatiyanın “Osiyek”, “Sibernik” və Serbiyanın “Radniçki” klubunda çıxış edib.

Hazırda Şimali Makedoniyanın əsas milli komandasının şərəfini qoruyan Todoroski, həmçinin U-17, U-18, U-19, U-20, U-21 milli komandalarına cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.