REGİONLAR


“Sumqayıt” futbol klubu daha bir futbolçunu heyətinə qatıb

Sumqayıt, 12 iyul, AZƏRTAC

“Sumqayıt” futbol klubu yay transfer dövründə daha bir futbolçu ilə müqavilə bağlayıb.

Klubun mətbuat katibi Rəşad Məmməd AZƏRTAC–a bildirib ki, cinah müdafiəçisi Qvanzav Maqomedov ilə birillik müqavilə imzalanıb. İyirmi dörd yaşlı futbolçu daha əvvəl “Bakı”, AZAL, “Zirə”, “Səbail” və “Sabah” klublarında forma geyinib.

2018-2019-cu il mövsümü üçün hazırlığını davam edən “Sumqayıt” fasilə dövründə Əfran İsmayılovu, Elvin Məmmədovu, Yusif Nəbiyevi (“Qəbələ”dən icarə), Şəhriyar Əliyevi, Murad Xaçayevi (“Şaxtyor”dan icarə), Aleksey İsayevi, Dmitri Nağıyevi və Əli Babayevi artıq heyətinə qatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.