İDMAN


“Sumqayıt” futbol klubu daha iki futbolçu ilə üçillik müqavilə imzalayıb

Sumqayıt, 11 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Futbol üzrə 2019-2020-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətini daha da gücləndirib.

Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, “Sumqayıt” futbol akademiyasının yetirmələri və əvəzedici komandanın üzvləri Rüfət və Səbuhi Abdullazadə ilə üçillik müqavilə imzalanıb. Rüfət 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcəklər.

U-19 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017-2018-ci il mövsümündə Premyer Liqada debüt ediblər. R.Abdullazadə həmin mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) Premyer Liqada ilk oyununu keçirib. S.Abdullazadə isə bu uğura 14-cü turda “Kəpəz” ilə oyunda (3:0) nail olub.

Hər iki yarımmüdafiəçi 2017-2018-ci il mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.