İDMAN


“Sumqayıt” futbol klubu müdafiəçi Rail Məlikov ilə müqavilənin müddətini uzadıb

Sumqayıt, 19 iyun, AZƏRTAC

“Sumqayıt” futbol klubu müdafiəçi Rail Məlikov ilə müqavilənin müddətini uzadıb.

Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, 34 yaşlı müdafiəçi 2019-2020-ci il mövsümündə də “gənclik şəhəri” təmsilçisinin formasını geyinəcək.

Azərbaycan Premyer Liqasında 324 oyunda meydana çıxan R.Məlikov həmin qarşılaşmaların 70-ni bu klubun heyətində keçirib. Müdafiəçi 2016-cı ildən “Sumqayıt” klubunun şərəfini qoruyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.