İDMAN


“Sumqayıt” futbol klubu müqavilə imzaladığı oyunçudan imtina edib

Sumqayıt, 16 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

“Sumqayıt” futbol klubu qış transfer pəncərəsində heyətinə qatdığı futbolçu Peyman Keşavarzdan imtina edib.

Klubun mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, bu, 22 yaşlı müdafiəçinin mövsüm ərzində artıq iki komandada oynaması ilə bağlıdır. Futbolçunun sənədləri gec gəlib və onun barəsində məlumat toplamaq çətin olub.

Qeyd edək ki, Peyman Keşavarz “Sumqayıt”la 6 ay + 1 illik müqavilə imzalayıb. Lakin onun cari mövsümdə Omanın “Yasan Al-Vaste” və “Qostareş Fulad” komandalarında çıxış etdiyi müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.