İDMAN


“Sumqayıt” futbol klubunun müdafiəçisi son iki ildə Premyer Liqada ən erkən dubla imza atan oyunçu olub

Sumqayıt, 29 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Topaz Premyer Liqasının IX turu “Sumqayıt” futbol klubunun müdafiəçisi Şəhriyar Əliyev üçün əlamətdar olub. "Qəbələ” ilə matçda iki qola imza atan müdafiəçi son iki ildə Premyer Liqada ən erkən dubla imza atan oyunçudur.

“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, “Qəbələ” ilə qarşılaşmada (2:2) qonaqların qapısına 2 dəfə yol tapan futbolçu bunu matçın ilk 19 dəqiqəsində gerçəkləşdirib. Şəhriyar Əliyev "Qəbələ” ilə matçın 7-ci və 19-cu dəqiqələrində fərqlənib.

Ölkə çempionatları tarixində görüşün əvvəlində belə tez 2 qol vuran sonuncu futbolçu Baqali Dabodur. Fransalı hücumçu "Qəbələ”də çıxış etdiyi vaxt indiki klubu "Neftçi” ilə oyunun ilk 16 dəqiqəsində iki qola sevinib.

Ş.Əliyevdən əvvəl – 2016-cı il sentyabrın 10-da keçirilən matçda, ümumilikdə, 3 top vuran Dabo 8:0 hesablı qələbədə pay sahibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.