CƏMİYYƏT


Sumqayıt gəncləri “Yay məktəbi”ndə asudə vaxtlarını səmərəli keçiriblər

Bakı, 26 iyul, AZƏRTAC

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə Sumqayıt gənclərinin “Yay məktəbi” çərçivəsində növbəti tur baş tutub.

AZƏRTAC xəbər verir ki, Quba rayonunda təşkil olunan “Yay məktəbi”ndə Sumqayıt Texniki və Musiqi kolleclərinin tələbələri, Sumqayıt Gənclər Evinin, Gənclər Klubunun və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının gənclər birliyinin fəal üzvləri və könüllüləri, “Azərikimya” İstehsalat Birliyinin, maliyyə idarəsi və media qurumlarında çalışan gənclər iştirak ediblər.

“Yay məktəbi”nin iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Düşərgədə gənclər arasında intellektual, əyləncəli oyunlar keçirilib, təbiətlə tanışlıq turları təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.