REGİONLAR


Sumqayıt gənclərinin “Yay məktəbi” davam edir

Sumqayıt, 15 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə Sumqayıt gənclərinin Qubadakı “Yay məktəbi” davam edir. Şəhərin 70 illik yubileyinin qeyd edilməsi, gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsi, bölgələrimizi tanımaları və asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən “Yay məktəbi”nə Sumqayıtın ictimai-siyasi həyatında fəal iştirak edən gənclər cəlb edilib.

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində keçirilən “Yay məktəbi”nin növbəti turunun iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarənin rəisi Elgün Hümbətov çıxış edərək gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışıb, layihənin məqsəd və vəzifələri, təhlükəsizlik qaydaları barədə məlumat verib.

Qubada təşkil edilən “Yay məktəbi”nin iştirakçıları xüsusi hazırlanmış proqram üzrə rayonun əsrarəngiz təbiəti ilə tanış olublar. Sonra “Mənzərə” düşərgəsində gənclər arasında intellektual, əyləncəli oyunlar və müxtəlif mövzularda təlimlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.