REGİONLAR


Sumqayıt gənclərinin “Yаy məktəbi” yekunlaşıb

Sumqayıt, 3 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Əbədi zəfər” devizi altında şəhid və qazi övladlarının, istedadlı və yaradıcı gənclərin iyul ayı ərzində Quba rayonunda keçirilmiş “Yаy məktəbi” layihəsinə yekun vurulub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Yay məktəbi”nin təşkilində məqsəd “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndlərinin icrası, “Şuşa İli”nin qeyd olunması, 44 günlük Vətən müharibəsi və əldə olunmuş böyük Qələbənin təbliği, şəhid və qazi övladlarının yay düşərgələrində iştirakının təmin edilməsi, gənclərə milli-vətənpərvərlik hisslərinin aşılanması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Xüsusi proqram üzrə fəaliyyət göstərən “Yay məktəbi”ndə şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər və idman ictimaiyyəti nümayəndələri olmaqla ümumilikdə 200-ə yaxın gənc iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.