REGİONLAR


Sumqayıt idmançıları respublika və beynəlxalq səviyyəli yarışlarda 274 medal qazanıblar

Sumqayıt, 17 may, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıtda şəhər Gənclər və İdman Baş İdarəsi aidiyyəti qurumlarla birgə cari ilin əvvəlindən 171 idman və gənclər tədbiri keçirib, bu tədbirlərə, ümumilikdə, 21 min nəfərdən artıq iştirakçı və tamaşaçı cəlb edilib.

AZƏRTAC xəbər verir ki, eyni zamanda, 20 idman növü üzrə 147 şəhər birinciliyi, çempionatı, kütləvi bədən tərbiyəsi tədbirləri və təlim-məşq toplanışları keçirilib. Şəhər idmançıları respublika və beynəlxalq səviyyəli yarışlarda 274 medal qazanıblar. Sumqayıt idmançıları şəhərə 97–si qızıl, 71-i gümüş, 10-u da bürünc medal gətiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.