REGİONLAR


Sumqayıt kimyaçıları əlillərlə görüşüblər

Sumqayıt, 3 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

SOCAR “Azərikimya” İstehsalat Birliyinin kollektivi 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Sumqayıt şəhərinin müxtəlif əlillər cəmiyyətlərində qeydiyyatda olan bir qrup fiziki məhdudiyyətli insanla görüşüb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Respublika Əlil Qadınlar Cəmiyyətinin Sumqayıt regional şöbəsinin, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin üzvləri, həmçinin Respublika Qızıl Aypara Cəmiyyəti tərəfindən dəvət olunan şəxslər iştirak ediblər.

Kimyaçılar əlillərin yaşayış tərzi, ailə-məişət qayğıları ilə maraqlanıb, onların arzu və istəklərini dinləyiblər.

Sonda əlil və fiziki məhdudiyyətli insanlara ərzaq sovqatı paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.