REGİONLAR


Sumqayıt kimyaçıları məktəblilərlə birgə gül əkiblər FOTO

Sumqayıt, 5 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 saylı tam orta məktəbdə güləkmə aksiyası keçirilib.

5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə keçirilən aksiyaya “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun, Təmir-tikinti İdarəsinin, YAP Sumqayıt şəhər təşkilatının, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin və Sumqayıt şəhər Gənclər təşkilatının nümayəndələri də qoşulub.

Böyük ruh yüksəkliyi ilə keçən aksiyada məktəbin xüsusi olaraq ayrılmış ərazilərində 1200 ədəd müxtəlif növ gül və bəzək kolları əkilib.

AZƏRTAC fotoqraf Vüqar Abdullahın aksiyadan çəkdiyi fotoları təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.