REGİONLAR
Sumqayıt kitabxanasında xeyriyyə tədbiri: “Sevgiylə paylaşaq”
Sumqayıt, 23 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində “Sevgiylə paylaşaq” adlı xeyriyyə tədbiri keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunan tədbirə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı da qatılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər xeyirxahlıq, mərhəmət və humanizm kimi ali dəyərlərdən söz açıblar. Bildirilib ki, yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək Azərbaycan xalqının yüksək milli-mənəvi, dini dəyərlərindən irəli gəlir.
Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan ahıllar bu xeyirxah addıma, dəyərli missiyaya görə təşəbbüskarlara və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Sonda imkansız ailələrə sovqatlar paylanılıb.