İDMAN


“Sumqayıt” klubu Ayxan Abbasovla müqavilə müddətini yeniləyəcək

Bakı, 29 aprel, AZƏRTAC

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov gələcəyi ilə bağlı mühüm qərar verib. O, gələn mövsümü də “Sumqayıt”ın sükanı arxasında keçirəcək.

AZƏRTAC xəbər verir ki, 2018-ci ilin payızından “gənclik şəhəri” təmsilçisində çalışan mütəxəssis müqavilə müddətinin daha 1 il müddətinə uzadılmasına razılaşıb.

Qeyd edək ki, A.Abbasov komandanın tarixində ən uğurlu məşqçi sayılır. “Sumqayıt” məhz onun rəhbərliyi altında tarixində ilk dəfə ölkə kubokunun finalına yüksəlib, ardınca avrokuboklara vəsiqə qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.