İDMAN


“Sumqayıt” klubu Premyer Liqada 150-ci ev oyununu keçirib

Bakı, 16 may, AZƏRTAC

“Sumqayıt” klubu Premyer Liqada 150-ci ev oyununu keçirib.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisinin yubileyi XXVII turda gerçəkləşib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “Neftçi”ni qəbul edib. Sumqayıtın eyni adlı təmsilçisi bu görüşdə 0:1 hesabı ilə uduzub.

2011-2012-ci il mövsümündən Premyer Liqada çıxış edən komanda öz meydanında keçirdiyi 150-ci matçda 60-cı məğlubiyyətini alıb. “Sumqayıt” bu görüşlərdə 51 qələbə qazanıb və 39 dəfə heç-heçə edib. Evdə 155 qola sevinən komanda 180 top buraxıb.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada ilk ev oyununu 2011-ci il avqustun 14-də keçirib. Həmin gün “Qəbələ”ni qonaq edən komanda 1:2 hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.