İDMAN


“Sumqayıt” klubu “Qarabağ”ın futbolçusu ilə birillik müqavilə imzalayıb

Bakı, 11 iyun, AZƏRTAC

Dörd futbolçu ilə müqavilə yeniləyən “Sumqayıt” klubu 2018/2019-cu il mövsümü üçün transfer çalışmalarını davam etdirir. Komanda ötən mövsümü “Qarabağ”da keçirmiş Əfran İsmayılovla birillik müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, Ə.İsmayılov “Sumqayıt”da 22 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Əfran İsmayılov “Qarabağ”dan (163 oyun, 22 qol) başqa “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Xəzər-Lənkəran” (11 oyun, 1 qol) və “İnter”in (10 oyun, 3 qol) formasını geyinib. 2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qola imza atıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.