REGİONLAR


“Sumqayıt” klubu Türkiyədə ilk yoxlama oyununda heç-heçə edib

Sumqayıt, 20 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Yeni mövsümə hazırlıqları Türkiyədə davam etdirən “Sumqayıt” futbol klubu qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Nazim Süleymanovun yetirmələri Qətər təmsilçisi “Əl-Şəhaniyə” klubu ilə qarşılaşıb.

Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, oyun 1:1 hesablı nəticə ilə başa çatıb.

Matçın 11-ci dəqiqəsində Nicat Qurbanov “Sumqayıt”ı hesabda irəli çıxarıb. Lakin rəqib 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Qarşılaşmada başqa qol qeydə alınmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.