İDMAN


“Sumqayıt” klubu heyətinə daha bir qapıçı cəlb edib

Bakı, 7 yanvar, Nicat Məmmədov, AZƏRTAC

“Sumqayıt” klubu son olaraq “Sabah”ın şərəfini qorumuş Aydın Bayramovla 1,5 illik müqavilə imzalayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, iyirmi üç yaşlı qolkiper yeni komandasında 13 nömrəli formada çıxış edəcək.

"Sumqayıt" daha əvvəl "Neftçi"dən qapıçı Rəşad Əzizlini də heyətinə cəlb edib.

Qeyd edək ki, Aydın Bayramov futbolçu karyerası ərzində “Rəvan”, MOİK və “Sabah” klublarının uğurları üçün çalışıb. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandaya da cəlb olunub.

Daha əvvəl "Sumqayıt" futbol komandasının qış hazırlıq planı müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.