İDMAN


“Sumqayıt” klubu ikinci yoxlama oyununu Rumıniya komandasına qarşı keçirəcək

Bakı, 18 yanvar, AZƏRTAC

Mövsümün ikinci yarısı üçün hazırlıqları Antalyada davam etdirən “Sumqayıt” klubu yanvarın 18-də növbəti yoxlama oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Sumqayıt təmsilçisi ikinci yoxlama matçında Rumıniyanın “Politexnika İaşi” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

“Sumqayıt” Antalya toplanışındakı ilk yoxlama oyununda Macarıstanın “Kaposvar” klubuna 3:4 hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.