İDMAN


“Sumqayıt” klubu legioneri ilə müqaviləni yeniləyib

Sumqayıt, 29 iyul, AZƏRTAC

“Sumqayıt” futbol klubu 2020/2021-ci il mövsümü üçün növbəti futbolçu ilə müqaviləni yeniləyib.

Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, müdafiəçi Cəmaləddin Xocaniyazov qarşıdakı iki mövsümdə də bu komandanın uğurları üçün çalışacaq.

C.Xocaniyazov geridə qalan 2019/2020-ci il mövsümündə 16 oyunda ümumilikdə 1440 dəqiqə meydanda olub. O, oynadığı matçlarda bir məhsuldar ötürmə etməyi də bacarıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.