İDMAN


“Sumqayıt” klubunun kapitanı bu komandanın heyətində 150-ci oyununu keçirib

Sumqayıt, 22 aprel, AZƏRTAC

“Sumqayıt” futbol klubunun kapitanı, müdafiəçi Vurğun Hüseynov bu komandanın heyətində 150-ci oyununu keçirib.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kapitan “Səbail” ilə keçirilən ev oyununda 150-ci dəfə “Sumqayıt”ın formasını geyinib.

2013-cü ildən komandada çıxış edən Vurğun Hüseynovun bu klubda debütü avqustun 4-də olub. O, ilk dəfə “Sumqayıt”-“Xəzər Lənkəran” matçında meydana çıxıb. Həmin qarşılaşmada bir qol vuran kapitan klubun heyətində ən çox oyun keçirən ikinci futbolçudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.