İDMAN


“Sumqayıt” komandası Boluda “Osmanlıspor”la üz-üzə gəlib

Bakı, 18 iyul, AZƏRTAC

2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Boluda ilk yoxlama matçını keçirib.

AZƏRTAC xəbər verir ki, komandamız Superliqa təmsilçisi “Osmanlıspor”la üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “Sumqayıt” komandası 1:2 hesabı ilə məğlub olub. “Sumqayıt”ın heyətində Amil Yunanov fərqlənib.

1978-ci ildə yaradılmış klub 2014-cü ildən “Osmanlıspor” adını daşıyır. 2016/2017-ci il mövsümündə UEFA Avropa Liqasında çıxış etmiş komanda 1/16 final mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Türkiyə Supeliqasını 13-cü sırada tamamlayan Ankara təmsilçisinin heyətində Pierre Vebo 9 qolla komandanın ən məhsuldar futbolçusu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.