REGİONLAR


Sumqayıt məktəblərində “Sağlam həyat tərzini öyrən” devizi ilə intellektual oyun keçirilib

Sumqayıt, 18 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər orta ümumtəhsil məktəblərində “Sağlam həyat tərzini öyrən” devizi ilə intellektual oyun keçirilib. Bilik yarışı Potensial Sumqayıt Mütəxəssislər Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşıb. Maarifləndirmə tədbirlərinin təşkili layihəsi çərçivəsində təşkil olunan oyun uşaqlarda sağlam həyat tərzinin və mədəniyyətinin formalaşması məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, oyunda şəhər orta ümumtəhsil məktəblərində keçirilən fakültativ məşğələlərdən seçilmiş 20 uşaq iştirak edib.

Gərgin və maraqlı yarışın yekununda ən yüksək nəticə ilə 28 saylı məktəb 1-ci yerə, 30 saylı məktəb 2-ci yerə və 24 saylı məktəb isə 3-cü yerə layiq görülüb.

Qalib komandalar kuboklar və fəxri fərmanla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.