REGİONLAR


Sumqayıt məktəblisi: Bölgələrə səyahət zamanı şagirdlər ölkəmizi daha yaxından tanıyırlar

Masallı, 25 mart, Bağır Əliyev, AZƏRTAC

Bölgələrə səyahət zamanı şagirdlər ölkəmizi daha yaxından tanıyırlar.

Bu sözləri Sumqayıt şəhərindəki 23 nömrəli tam orta məktəbin IX sinif şagirdi İnarə Abdullayeva AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibəsində deyib.

İ.Abdullayeva deyib: “Cənub bölgəsi ilə tanışlığımız Lənkərandan başlandı, Masallı və Astara rayonlarına səyahətlə davam etdi. Təəssüratımız olduqca zəngindir. Ölkəmizin iqtisadiyyatı gücləndikcə regionların sosial siması da dəyişir. Rayonlarımıza şəhər mədəniyyəti gəlib. Səyahət etdiyimiz hər üç rayonda bunun şahidi olduq.

Biz cənub bölgəsinin görməli yerlərinə səyahət etməklə yanaşı, asudə vaxtlarımızda müxtəlif əyləncəli proqramlarda, bilik yarışmasında iştirak etdik. Necə deyərlər, darıxmağa vaxtmız yox idi. Özümüzü burada evimizdəki kimi hiss edirdik. Hər şey əla idi. Bizə bu imkanı yaradanlara “Çox sağ olun!” deyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.