REGİONLAR
Sumqayıt polisi şəhid ailələrinin və qazilərin Ramazan bayramını təbrik edib
Sumqayıt, 14 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Ramazan bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini və qaziləri ziyarət ediblər.
Polis İdarəsindən AZƏRTAC –a bildirib ki, ziyarət zamanı polis əməkdaşları şəhid ailələrini bayram münasibətilə təbrik edib, onların gündəlik qayğıları ilə maraqlanıblar. Şəhid ailələrinə ərzaq yardımı edilib və hədiyyələr təqdim olunub.
Bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.
Görüş zamanı şəhidlərin ailəri üzvləri və qazilər Prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildiriblər.