İDMAN


“Sumqayıt" komandası bu mövsüm ilk dəfə ev oyununu öz meydanında keçirəcək

Sumqayıt, 27 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

“Sumqayıt" futbol klubu Azərbaycan Premyer Liqasında XIII turunda ilk dəfə ev oyununu öz meydanında keçirəcək. Artıq TOPAZ Premyer Liqasının növbəti turunun oyunlarının cədvəli müəyyənləşib.

Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, komanda bu mövsüm ilk dəfə ev oyununu doğma "Kapital Bank Arena"da keçirəcək. Dekabrın 1-də sumqayıtlılar "Səbail"lə qarşılaşacaq. Oyun saat 19:00 başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.