REGİONLAR


Sumqayıt regional “ASAN xidmət” Mərkəzinin könüllüləri konsert proqramı ilə çıxış ediblər

Sumqayıt, 22 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt regional “ASAN xidmət” Mərkəzinin könüllülərinin təşkilatçılığı ilə “Multikulturalizm ili”nə həsr olunan konsert-tədbir keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, “ASAN school” könüllülük məktəbinin rəhbəri Cahangir Hacıyev, Sumqayıt regional “ASAN xidmət” Mərkəzinin direktoru Ramal Sabirli iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanda multikulturalizm ənənələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

Konsert-tədbirdə Sumqayıt regional “ASAN xidmət” mərkəzinin 35 könüllüsünün ifasında bir sıra xalqların rəqsləri və musiqi nömrələri təqdim olunub. Hind, ispan, fars, yəhudi, ləzgi, qaraçı, rus, özbək rəqsləri, eləcə də milli rəqslərimiz, həmçinin xalqımızın musiqi xəzinəsinin incisi sayılan muğam nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert vətənpərvərlik ruhunu əks etdirən musiqi nömrəsi və könüllülərin yallı rəqsinin ifası ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.