CƏMİYYƏT


Sumqayıt sakinindən əl qumbarası götürülüb

Bakı, 6 iyul, AZƏRTAC

Sumqayıtda üzərində qanunsuz odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən şəxs şəhər polis idarəsinin 2-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan alışqanı ilə birlikdə “F-1” qumbarası aşkarlanaraq götürülüb.

Polis bölməsində aparılmış araşdırmalarla onun Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbə sakini, əvvəllər oğurluq, narkotik və digər cinayətlərə görə dəfələrlə məhkum edilmiş Ağakərim Məmmədov olduğu müəyyənləşib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.