CƏMİYYƏT


Sumqayıt sakininin aldadaraq pulunu almaqda şübhəli bilinən şəxs yaxalanıb

Bakı, 2 iyun, AZƏRTAC 

Sumqayıtda oğurluqla məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 28-də Sumqayıtda şəhər sakini Y.Zeynallını aldadaraq 60 manatını almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Kərimov şəhər polis idarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Onun ətrafında aparılmış tədbirlərlə həmin şəxsin şəhər ərazisində üç avtomobildən pul, ətir və tütün məmulatı oğurlaması da müəyyənləşdirilib.

Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.