CƏMİYYƏT


Sumqayıt şəhər 1 nömrəli xəstəxananın ərazisində ağacların köçürülməsində məqsəd mobil səyyar hospitalın quraşdırılmasıdır

Bakı, 6 aprel, AZƏRTAC

Sumqayıt şəhərində koronavirusla mübarizə məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın ərazisində əhaliyə tibbi xidmətlərin göstərilməsi, koronavirusla mübarizə məqsədilə mobil səyyar hospital quraşdırılır.

Bu məqsədlə dövlət sifarişi ilə xəstəxananın ərazisində müvafiq yer ayrılıb. Layihənin mühüm əhəmiyyəti nəzərə alınaraq ərazidəki tikinti altına düşən ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirlik layihənin mühüm dövlət əhəmiyyətini və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini nəzərə alaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə boş ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verib.

Ərazidəki bir neçə ağac budanaraq xəstəxananın həyətindəki boş əraziyə köçürülüb. Eyni zamanda, ərazidəki boş sahədə 500 ağacın əkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilib. Ağacların əkilməsinə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.