CƏMİYYƏT


Sumqayıt şəhər sakinindən heroin aşkar edilib

Bakı, 12 iyul, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini N.Adıgözəlovdan narkotik vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş N.Adıgözəlov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 550 qram heroin aşkar edilərək götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.