CƏMİYYƏT
Sumqayıt şəhər sakinindən narkotik vasitə və silah aşkarlanaraq götürülüb
Bakı, 11 fevral, AZƏRTAC
Sumqayıt şəhər sakinindən narkotik vasitələr və silah aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Muradov Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində saxlanılıb. Axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Onun yaşadığı evə baxış zamanı 49 qramdan artıq heroin, 19 qramdan çox metamfetamin, iki elektron tərəzi, “Beretta” markalı tapança, patron darağı və 8 patron götürülüb.
Faktla bağlı şəhər polis idarəsində araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]