CƏMİYYƏT


Sumqayıt şəhəri 1 saylı “ASAN xidmət” mərkəzində keçirilən oftalmoloji aksiya zamanı 104 nəfər müayinə olunub

Bakı, 1 aprel, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası tərəfindən Sumqayıt şəhəri 1 saylı “ASAN xidmət” mərkəzində az təminatlı ailələr üçün Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirilib.

Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində 104 nəfər müayinə olunub, 95 nəfərdə refraksiya patologiyası aşkar edilib. Presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar qoyulub. Mərkəz tərəfindən bir neçə sakin eynək ilə təmin olunub.

Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdən ibarətdir. Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, Leyla Əliyeva, Gülnar Əliyeva, rezident Samir Manafov tərəfindən həyata keçirilib.

Aksiyada Elmi-məlumat, tədris və təşkilati-metodik bölmənin rəhbəri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.