REGİONLAR


Sumqayıt şəhəri üzrə 237 min 886 nəfər kütləvi tibbi müayinədən keçib

Sumqayıt, 14 may, Ətrabə Rzayeva, AZƏRTAC 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə keçirilən kütləvi tibbi müayinə aksiyasından Sumqayıt şəhəri üzrə 237 min 886 nəfər faydalanıb.

Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən AZƏRTAC –a bildirilib ki, fevralın 12-dən başlanan tibbi müayinəyə iki qəsəbə də daxil olmaqla, şəhərdə məskunlaşan məcburi köçkünlər də cəlb olunub. Üç ay davam edən aksiya çərçivəsində əhali müayinədən keçərək öz sağlamlığı barədə məlumat alıb, ehtiyac duyulduqda lazımi müdaxilələr edilib. Belə ki, tibbi müayinədən keçən 16 min 979 pasiyentə ambulator müalicə təyin edilib, 1417 nəfər stasionar müalicəyə cəlb olunub, 15 xəstənin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 78 nəfər daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisələrinə göndərilib.

Tibbi müayinələrin keçirildiyi günlərdə şəhərin 5 xəstəxanası və 4 poliklinikası gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Şəhər sakinləri əhalinin sağlamlığına önəm verən, ənənəvi olaraq keçirilən bu vacib və nəcib təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.