ELM VƏ TƏHSİL


Sumqayıt şəhəri üzrə təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı görüş keçirilib

Bakı, 12 avqust, AZƏRTAC

Sumqayıt şəhəri üzrə təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində İsmət Qayıbov adına 1 saylı orta məktəbdə ibtidai sinif müəllimləri ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, görüşün məqsədi sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirmək olub.

Təhsil İnstitutunun Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, Bakı Avropa Liseyinin ibtidai sinif müəllimləri Pərvinə Qədimova və Ülkər Mirzəyevanın iştirak etdiyi görüşdə müəllimlərə imtahanın məzmunu ilə bağlı məsələlər izah olunub, verilən suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.