CƏMİYYƏT
Sumqayıt şəhərində avtomobildən oğurluq edən şəxslər tutulub
Bakı, 14 aprel, AZƏRTAC
Sumqayıt şəhərində avtomobildən oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 12-də Sumqayıt dəmir yolu stansiyasının ərazisindəki bir avtomobildən qaynaq aparatı, 130 metr elektrik naqili və 100 ədəd elektrod oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Abdulov Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.