CƏMİYYƏT


Sumqayıt şəhərində baş verən qəzada piyada həyatını itirib

Bakı, 1 dekabr, AZƏRTAC

Sumqayıt şəhərində baş verən qəzada piyada həyatını itirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt şəhərinin Sülh küçəsində şəhər sakini M.İsmayılzadə idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Adilə Abdullayevanı vurub və idarəetməni itirərək maneəyə dəyibdir.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırmalar davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.