CƏMİYYƏT


Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada həlak olub

Bakı, 1 mart, AZƏRTAC

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada həlak olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 11-ci mikrorayon ərazisində yolu keçən B.Əliyev şəhər sakini O.Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.