CƏMİYYƏT


Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakı, 6 sentyabr, AZƏRTAC

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan mənzildə divan, kreslo, televizor, yataq dəsti və divar üzlüyü 0,5 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.